Xəbərlər
YAP Nəsimi rayon təşkilatı “Müstəqilliyimiz, Gənclərimiz və Gələcəyimiz” adlı Futsal dostluq yarışması keçirmişdir
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Gənclər Birliyi tərəfindən Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr edilmiş “Müstəqilliyimiz, Gənclərimiz və Gələcəyimiz” adlı Futsal dostluq yarışması keçirilmişdir.
Yarışmada YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyinin 4 komandadan ibarət həvəskar futbolçuları I, II və III yerlər uğrunda dotluq oyunları nümayiş etdirmişlər. Yarışda 500-dən çox YAP fəalı gənclər və mikrorayon sakini tamaşaçı kimi iştirak etmişdir.
Yarışmanın ilk oyununda Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı gənclərin bu təşəbbüsünü əhəmiyyətini qeyd edərək, ölkəmizdə möhtərəm prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin çoxsaylı nailiyyətlərindən danışaraq xalqımızın bu nailiyyətləri yüksək dəyərləndirdiyini diqqətə çatdırdı. Məlahət İbrahimqızı ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi mədəni-humantiar həyatında mühüm rola malik və eyni zamanda potensial qüvvə sayılan sağlam gəncliyi öz sıralarına toplayan Yeni Azərbaycan Partiyası gənclərin inkişaf perspektivlərini həmişə diqqətdə saxlamasından və Azərbaycan gəncliyin önündə yeni üfüqlər açmasından da danışdı.
Yekun oyun bu ayın 29-da keçiriləcək və qaliblər finalda YAP Nəsimi rayon təşkilatı tərəfindən mükafatlandırılacaqdır.