Xəbərlər
“Xalqın qəlbində əbədi yaşayan dahi şəxsiyyət”
Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Xalqın qəlbində əbədi yaşayan dahi şəxsiyyət” adlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtirmla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, dövlətçiliyin qorunub saxlanılması, inkişaf etdirilməsi, xalqımızın rifah halının yaxşılaşdırılması üçün misilsiz xidmətlər göstərmiş Ümummilli Liderin anandan olmasının 102-cü ildönümü qədirbilən xalqımız tərəfindən böyük hörmət və sevgi hissi ilə qeyd olunur. Vurğulanıb ki, Ulu Öndər xalqımız və dövlətimiz naminə misilsiz xidmətlər göstərib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirilməsində məqsəd Dahi Liderin həyat və fəaliyyətinin daha dərindən öyrənilməsi və təbliğ edilməsidir.
Tədbirdə çıxış edən digər natiqlər - partiya veteranları Sahib Salıfov, Məmməd Məmmədov, “Mədəniyyət şöbəsi” ərazi partiya təşkilatının sədri Gülgün Kərimov, rayondakı Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova və “H.Əliyev prospekti 38” ərazi partiya təşkilatının sədr müavini Sahilə Xəlilova qeyd ediblər ki, dövlətçilik tariximizin çox mühüm mərhələsi dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd olunub ki, Ulu Öndər şərəfli ömrünü bütövlükdə xalqa, Vətənə və dövlətə həsr edib, müqəddəs amallar uğrunda misilsiz xidmətlər göstərib. Məhz Ümummilli Liderin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunub, ölkəmiz möhtəşəm nailiyyətlərə imza atıb.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, YAP sıralarına yeni qəbul olunan üzvlərə isə partiya vəsiqələri təqdim edilib.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan bəhs edən videoçarx nümayiş olunub, Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.