YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda partiya veteranları ilə gənclərin görüşü keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında “Veteranlarımız” layihəsi çərçivəsində “Qüdrətli Azərbaycan” mövzusunda partiya veteranları ilə gənclərin görüşü keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Görüşdə çıxış edən YAP Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev bildirib ki, Ulu Öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdən biri olub. O qeyd edib ki, Ümummilli Liderin ən ali məqsədi xalqın birliyinə və dünya azərbaycanlılarının həmrəyliyinə əsaslanan güclü, müasir və qüdrətli dövlət qurmaq idi. Bu siyasət nəticəsində Azərbaycan müstəqilliyini möhkəmləndirib və davamlı inkişaf yoluna qədəm qoyub.

Səfalı Paşayev vurğulayıb ki, bu gün ölkədə mövcud olan sabitlik və inkişaf məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda lider mövqeyini daha da möhkəmləndirib və beynəlxalq arenada söz sahibi olan güclü dövlətə çevrilib.

Daha sonra çıxış edən YAP Masallı rayon təşkilatının əməkdaşı Əfrail Fərziyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon təşkilatının sədri Ramiz Tağıyev, Uşaq Gənclər İdman-Şahmat məktəbi ərazi partiya təşkilatının sədri Əlifağa Yaqubov və digərləri bildiriblər ki, Azərbaycanın bugünkü inkişafı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin davamıdır. O qeyd edib ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə bütün sahələrdə olduğu kimi, gənclər siyasətində də yeni mərhələ başlayıb. Gənclərə göstərilən diqqət və qayğı nəticəsində bu gün Azərbaycan gəncliyi cəmiyyətin avanqard qüvvəsinə çevrilib və ictimai həyatın bütün sahələrində fəal iştirak edir.

DİGƏR Xəbərlər Arxiv