YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışlarına start verilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışlarına start verilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində dama idman növü üzrə baş tutan yarışda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Kollecin direktoru Amalya Sezgin, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov çıxış edərək ölkəmizdə idmanın inkişafından bəhs edib, iştirakçılara uğurlar arzulayıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu idman siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət tərəfindən idmana göstərilən diqqət və qayğı sağlam cəmiyyətin formalaşmasına, gənclərin inkişafına və ölkənin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir.

Vurğulanıb ki, Azərbaycanda idman infrastrukturunun genişləndirilməsi, müasir idman qurğularının yaradılması və gənclərin bu sahəyə cəlb olunması prioritet istiqamətlərdəndir. İdmanın yalnız fiziki deyil, eyni zamanda mənəvi tərbiyə vasitəsi olduğu xüsusi diqqətə çatdırılıb.

Yarışın sonunda qalib komandaların üzvləri diplom və medallarla təltif olunublar.