Xəbərlər
Beyləqanda bir qrup gənc rayon Heydər Əliyev Mərkəzinə ekskursiya edib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatı, Xocavənd Rayon İcra Hakimiyyəti və Beyləqan rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə gənclər rayon Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb.
Ekskursiyada gənclərə müasir və müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında məlumatlar verilib və Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.
Sonda gənclər Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarxı izləyiblər.