YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclərin Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinə ekskursiyası təşkil edilib

15 Aprel - Beynəlxalq Mədəniyyət Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının təşəbbüsü ilə gənclər üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinə ekskursiya təşkil edilib.

Ekskursiya çərçivəsində iştirakçılar Muzey Mərkəzində fəaliyyət göstərən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və Azərbaycan İstiqlal Muzeyi ilə tanış olublar.

Tədbirin əsas məqsədi gənclər arasında milli-mədəni irsin təbliği, onların tarixi dəyərlərə marağının artırılması və mədəni maarifləndirmə işinin gücləndirilməsi olub. Ziyarət zamanı gənclər ekspozisiyalarla yaxından tanış olub, ölkəmizin zəngin mədəni irsini əks etdirən eksponatlar barədə ətraflı məlumat əldə ediblər.

Tədbir çərçivəsində vurğulanıb ki, Azərbaycan xalqının mədəni irsi milli kimliyin əsas tərkib hissəsidir və bu irsin qorunması, gələcək nəsillərə ötürülməsi mühüm vəzifə kimi çıxış edir.

Qeyd olunub ki, bu cür maarifləndirici tədbirlər gənclərin dünyagörüşünün genişlənməsinə, onların milli-mənəvi dəyərlərə bağlılığının möhkəmlənməsinə və mədəni inkişafına mühüm töhfə verir.