Xəbərlər
Əhməd Davudoğlu: Türkdilli xalqlar müxtəlif ölkələrdə yaşasalar da, eyni millətdirlər
Türkdilli xalqların müxtəlif dövlətlərdə yaşamasına baxmayaraq, onlar eyni millətdirlər. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının XİN Şurasının iclasında deyib. /Trend/
O, qeyd edib: "Bizim xalqlarımız, hökumətlərimiz və bütün dünya şahiddir ki, türkdilli xalqlar müxtəlif ölkələrdə yaşasalar da, eyni millətdirlər".
Nazir vurğulayıb ki, ümumi dəyərlərə əsaslanan dil, din, tarix və mədəniyyət qardaş xalqları sıx birləşdirir.