Xəbərlər
Qaradağ rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində dəyirmi masa təşkil olunub
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Elm və Təhsil Nazirliyi ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Tədbir iştirakçıları “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar mərkəzin foyesində kitab sərgisi ilə tanış olublar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, “91-lər”dən biri Munis Bayramov, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Ceyhun Məmmədov, Səbinə Xasayeva, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məsul əməkdaşı Rövşən Ağayev, “Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunis Oğuz, Əqli Mülkiyyət Agentliyinin əməkdaşı İsrafil Qurbanov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, şəhid Səməndər İsmayılzadə anası Fəridə İsmayılova, 228 nömrəli tam orta məktəbin direktoru Səkinə Rzayeva ölkəmizin Əsas qanunun qəbulunun 30-cu ildönümü və Vətən müharibəsində qələbənin 5-ci ildönümünün qeyd olunması baxımından “Konstitusiya və Suverenlik İli”nin xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Vurğulanıb ki, əgər Ulu Öndər Heydər Əliyev müstəqilliyin bərpasından sonra ümumxalq səsverməsi yolu qəbul edilmiş ilk Konstitusiyanın yaradıcısıdırsa, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də 30 ildən çox düşmən tapdağı altında qalmış ərazilərimizin azad edilməsi ilə başa çatan böyük Zəfərin və suverenliyimizin tam bərqərar edilməsinin müəllifidir.
Sonda Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə fəxri fərman, YAP sıralarına yeni qəbul edilən gənclərə üzvlük vəsiqələri təqdim edilib.