Xəbərlər
“Heydər Əliyev Azərbaycan Konstitusiyasının müəllifidir”

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı Kəlbəcər rayon 17 və 126 nömrəli tam orta məktəblərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov,17 nömrəli tam orta məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Esmira Hüseynova, 126 nömrəli tam orta məktəbin direkoru, ərazi partiya təşkilatının sədri Sevda Bayramova, partiya üzvü Qələm Həsənəliyeva, partiya veteranı Salman Sultanov və digərləri Ulu Öndər Heydər Əliyevin xalq və dövlət qarşısında misilsiz xidmətlərindən danışıblar. Eyni zamandqa vurğulanıb ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır.
Sonda partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri, rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman təqdim edilib.