YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin xalq qarşısında ən böyük xidmətlərindən biridir

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin genişmiqyasılı siyasi-ideoloji fəaliyyətində dil siyasəti çox mühüm yer tutur. Ulu Öndərin dil siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib.

SSRİ Konstitusiyası qəbul edildikdən sonra milli dillərin sıxışdırılması üçün daha ciddi tədbirlər görülməyə başlamışdır. O dövrün çətinliklərinə baxmayaraq öz xalqını, millətini böyük məhəbbətlə sevən Dahi Lider ötən əsrin 70-ci illərində ana dilinə dövlət dili statusunun verilməsi uğrunda cəsarətlə və qətiyyətlə mübarizə aparmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.

Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. Heydər Əliyevin ən böyük xidmətlərindən biri də gənclərin Azərbaycan dilində təhsil alması üçün şərait yaratması idi. Respublikamız müstəqilliyinin bərpasından sonra ana dilimiz həqiqi dövlət dili hüququnu qazanmışdır. Müstəqil Azərbaycan 1995-ci ildə yeni konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz layiqli statusunu almışdır. Konstitusiyanın 21-ci maddəsində göstərilir: “Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.

Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən Ümummilli Lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən ustalıqla istifadə edirdi. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini mükəmməl bilməlidir”, - deyən Heydər Əliyevə bu dil müqəddəs və əziz idi. Ulu Öndər Azərbaycan dili haqqında səsləndirdiyi fikirlər bu gün də öz aktuallığını saxlamaqdadır. Yeni nəsil Azərbaycan gəncliyi istər orta, istərsə də ali məktəb dərsliklərində bu müdrik ifadələrdən bəhrələnməklə, azərbaycançılıq ideyalarını nəsildən-nəsilə ötürərək tarixi missiyanı daşımaqdadır.

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərinin yaşadan, inkişaf etdirən onun dilidir” konsepsiyasını həyata keçirən Ulu Öndər istər 70-80-ci illərdə, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ana dilinin hüquqi statuslarının qorunmasını qətiyyətlə həyata keçirmişdir.