Xəbərlər
Deputatlığa namizəd Əsabil Qasımovun İmişli rayonunun Məzrəli, Çaxırlı və Xubyaralı kəndlərində seçicilərlə görüşü keçirilib

YAP-ın 79 saylı İmişli seçki dairəsi üzrə deputatlığa namizədi Qasımov Əsabil Qarakişi oğlunun rayonun Məzrəli, Çaxırlı və Xubyaralı kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev açıb. Deputatlığa namizəd Qasımov Əsabil Qarakişi oğlu seçicilər qarşısında çıxış edərək seçiciləri səsvermə günü fəal olmağa çağırıb.
Çıxış edən seçicilər YAP –ın namizədi Əsabil Qarakişi oğlu Qasımova səs vercəklərini bildiriblər.