YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni əməkdaşlıq imkanları və birgə inkişaf yolu

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ölkələrimiz və xalqlarımız arasında artıq uzun müddətdir ki, dərin tarixi-mədəni əlaqələr əsasında qurulmuş möhkəm dostluq, qardaşlıq münasibətləri mövcuddur. Dövlətlərarası münasibətləri formalaşdıran vacib məqamlardan biri budur ki, Pakistan istər Ermənistanın işğalı dövründə, istərsə də 2020-ci ildə apardığı Vətən müharibəsi zamanı ölkəmizə güclü siyasi dəstək göstərib. Həmçinin, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə yanaşı, bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb.

Bu gün Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə uğurla davam etdirilir və hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Fevral ayının 24-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana dövlət səfəri isə bu əlaqələrin daha da dərinləşməsinə və möhkəmlənməsinə yeni təkan verəcək.

Səfər çərçivəsində Azərbaycan və Pakistan liderlərinin keçirdikləri həm təkbətək, həm də geniş tərkibli görüşlər zamanı ikitərəfli münasibətlərin gündəliyi, o cümlədən ticarət və iqtisadi əməkdaşlıq, enerji, daşımalar, müdafiə sənayesinə aid mühüm məsələlər ətraflı müzakirə olunub. Prezident İlham Əliyev bu səfərin nəticələri ilə bağlı mətbuata bəyanatında bir daha xüsusi olaraq vurğulayıb ki, imzalanmış sənədlər və əldə olunmuş razılaşmalar ölkələrimiz arasında tərəfdaşlığı daha da gücləndirəcək. Həmçinin, qeyd olunub ki, görüşlərin gedişində regional təhlükəsizlik məsələləri də ətraflı təhlil olunub. Bu gün bütün dünyada məhz güc amili getdikcə daha qabarıq formada ön plana çıxmaqdadır. Məhz bu səbəbdən Azərbaycan və Pakistan rəhbərləri arasında aparılan müzakirələrdə müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi yer alıb.

Prezident İlham Əliyev bildirib ki, ticarət dövriyyəmiz cəmi bir neçə on milyonla ölçülür: “Bir sözlə, ticarət dövriyyəmizi artırmalıyıq və düşünürəm ki, bunu necə etməyi bilirik. Bu gün çox mühüm, eyni zamanda, çox realist hədəfləri müəyyən etdik: bir ay ərzində bütün müzakirələr yekunlaşsın və aprelin əvvəlində sənədlər imza üçün hazırlansın. Həmin layihələr həm infrastrukturun inkişaf sahələrini, həm energetika, mədən işi və ola bilsin, digər sahələri əhatə edir”.

Əməkdaşlığın xüsusilə enerji sahəsində böyük perspektivləri vardır. Həm də bu perspektivlər istər ənənəvi enerji, istərsə də bərpaolunan enerji sahəsində kifayət qədər cəlbedicidir.

DİGƏR Xəbərlər Arxiv