YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclər beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edirlər

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Gənclər böyük və tükənməz bir qüvvədir. Gənc nəsil Vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Gəncliyin savadlı, dünyagörüşlü, yüksək əxlaqlı və vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər ölkəmizin inkişafında fəal rol oynayırlar. Gənclərə diqqət və qayğı göstərən hər bir dövlət bununla öz xoşbəxt və firavan gələcəyini təmin edir.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə dövlət gənclər siyasətinin təməli qoyulub. Ulu Öndərin 1994-cü il iyulun 26-da imzaladığı müvafiq Fərmana əsasən, ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılıb. Heydər Əliyev 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Bundan bir il sonra isə Ümummilli Lider gənclərə böyük qayğısının daha bir təzahürü kimi, 2 fevralın Azərbaycanda Gənclər Günü elan edilməsi haqqında müvafiq Sərəncam imzalayıb.

Ulu Öndərin gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2007-ci il respublikamızda “Gənclər İli” elan edilib.

Hər il fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Hazırda Azərbaycan dövləti tərəfindən gənclərə bütün sahələrdə yüksək etimad göstərilir. Bu gün cəmiyyətimizdə elə bir sahə yoxdur ki, orada gənclər layiqincə təmsil olunmasınlar.

44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatı nəticəsində 30 ilə yaxın düşmən tapdağında olan əzəli ata-baba torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi qələbələr bir daha sübut etdi ki, Azərbaycan gəncləri ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verməyə hər an hazırdır.

Dövlətin həyata keçirdiyi gənclər siyasəti yeni nəslin bilik və bacarıqlarını reallaşdırması, sosial fəallığını artırması və cəmiyyətin aparıcı qüvvəsi kimi formalaşması üçün geniş imkanlar yaradır. Bu siyasət sistemli yanaşma ilə gənclərin intellektual, mədəni və fiziki inkişafına xidmət edir. Təhsil, innovasiya və sahibkarlıq sahələrində gənclərin iştirakını artırmaq məqsədilə müxtəlif dövlət proqramları və layihələr həyata keçirilir. Gənclərin beynəlxalq platformalarda ölkəni layiqincə təmsil etməsi və könüllülük hərəkatlarında fəal iştirakı xüsusilə təqdirəlayiqdir.

Regionlarda gənclər mərkəzlərinin qurulması onların asudə vaxtlarının səmərəli təşkilinə və biliklərinin artırılmasına şərait yaradır. Gənclər siyasəti çərçivəsində gənclərin vətənpərvər ruhda tərbiyə olunması əsas prioritetlərdən biridir. Eyni zamanda, onların cəmiyyətin müxtəlif sahələrində fəallığına dəstək verilir və sosial layihələrdə iştirakı təşviq olunur. Bu siyasət gənclərin həm şəxsi inkişafını təmin edir, həm də ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Gənclər üçün yaradılan şərait onların qlobal çağırışlara cavab verən innovativ və yaradıcı fərdlər kimi formalaşmasını dəstəkləyir. Beləliklə, gənclər siyasəti Azərbaycan gənclərinin milli və qlobal səviyyədə uğurlar qazanmasına zəmin yaradır.