YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və Azərbaycan gəncliyi”

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub. Şəhidlər kompleksi ziyarət olunub.

YAP Masallı rayon təşkilatında təşkil olunan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, müstəqil Azərbaycan Respublikasında 2 Fevral - Gənclər Gününün təsis olunması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Masallı Rayon İcra Hakimiyyətinin məsul işçisi Nuranə Muradova, “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Sabiq Cahangirov, gənc fəallar Abı Bağırov, Elanora Babayeva, Aytac Aslanova və başqaları çıxış edərək gənclərin hər bir dövlətin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsi olduğunu deyiblər. Natiqlərin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildən etibarən 2 fevral tarixinin ölkəmizdə gənclər günü kimi qeyd olunması ənənəsi gənclər siyasətinin dövlətimizin inkişafının əsas istiqamətlərindən biri olduğunu sübut edir.

Sonda bir qrup gənc, Vətən müharibəsi iştirakçısına fəxri fərman və təşəkkürnamələr təqdim olunub.