Xəbərlər
Sabirabadda Azərbaycan Gəncləri Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatı 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirib.
Tədbirdə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda videoçarx nümayiş olunub.
YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov qeyd edib ki, bu əlamətdar gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci ildə imzaladığı müvafiq Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.
Qeyd olunub ki, bu gün dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda həyata keçirilən gənclər siyasətinin gənc nəslin hərtərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırdığı xüsusi vurğulanıb.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP fəalına fəxri fərman və təşəkkürnamələr təqdim edilib.