YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Düzgün və məqsədyönlü siyasət

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ordubad rayonu, Düylün bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatların əhəmiyyətindən bəhs edib. Təşkilat sədri ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində görülən işlərin miqyasını və yeni çağırışlardan irəli gələn vəzifələrin yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb.

Bələdiyyə üzvlüyünə namizədlər Elgün Nəcəfov, Məzahir Həsənov və Rahilə Əliyeva vurğulayıblar ki, Yeni Azərbaycan Partiyası xalqın inam və etimadını yüksək səviyyədə doğruldub. Qeyd olunub ki, Heydər Əliyev ideyalarına sadiqlik, sözlə əməlin birliyi partiyamızın cəmiyyətdə nüfuzunun artmasını təmin edib.

Seçicilərdən Məhərrəm Əliyev, İlhamə Həsənova, Ruhiyyə Hüseynova və Pərvanə Rzayeva yanvarın 29-da seçki məntəqələrinə gedərək YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.