YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Şəhriyar kənd ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində  “Müstəqil siyasi kurs uğurla davam etdirilir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev və digərləri bildiriblər ki, Prezident İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncam 30 illiyini qeyd edəcəyimiz Konstitusiyamıza və ölkəmizin suverenliyinə verilən dəyərin təcəssümü, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə dərin ehtiramın ifadəsidir. Natiqlər tarixi inkişaf proseslərinin mürəkkəbliyi və ziddiyyətləri fonunda qlobal siyasi və iqtisadi meyilləri dəqiq qiymətləndirməyi bacaran, onları xalqının və dövlətinin mənafeyi naminə mahir şəkildə yönləndirən şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində silinməz iz buraxdığını deyiblər.

Qeyd olunub ki, məhz Ulu Öndərin gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində müstəqilliyimizin dönməzliyi və əbədiliyi təmin olunmuşdur. Bu gün sürətli inkişaf yolunda inamla addımlayan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilib.

Sonra ərazi partiya təşkilatının sədr müavini Aidə Abdullayeva hesabat məruzəsi ilə çıxış edib. Təşkilatı məsələlərə baxılıb. Seminar Azər oğlu Şahverdiyev ərazi partiya təşkilatının sədri, Anar Elman oğlu Rzayev isə sədr müavini seçilib.