Xəbərlər
Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun İsmayılbəyli kəndində şəhid Elşən Faiq oğlu Əlizadənin ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Görüşdə millət vəkili 44 günlük Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun işğalda olan torpaqlarımızı azad etdiyini, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini vurğulayıb.