Xəbərlər
Uzaqgörən və qətiyyətli siyasət
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tərtər rayonu, Azadqaraqoyunlu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstəyinin dayandığını deyib. O qeyd edib ki, Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.
Seçki qərargahının üzvü Azər Ağayev, bələdiyyə üzvlüyünə namizəd Orxan Şahbazov və şəhid atası İfrail Hacıyev bildiriblər ki, Yeni Azərbaycan Partiyası bu zamana qədər Azərbaycanın inkişafında müstəsna rol oynayıb, bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq strateji kursa öz töhfəsini verəcək.
Görüş zamanı çıxış edən seçicilər 29 yanvar seçkilərində seçki məntəqələrinə gedərək YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.