YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçicilər YAP-ın mövqeyini dəstəkləyirlər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Daşkəsən rayonu, Quşçu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev qeyd edib ki, Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının rolu böyükdür. O bildirib ki, ölkəmizdə bələdiyyə institutunun təsis edilməsi və yerli özünüidarəetmə orqanlarının fəaliyyətini tənzimləyən hüquqi bazanın formalaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Bələdiyyə üzvlüyünə namizədlər Etibar Alıyev və Nafiq Allahverdiyev YAP-ın seçki proqramı haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, indiyədək bələdiyyələr bir çox mühüm layihələrin həyata keçirilməsinə, o cümlədən müasir infrastruktur quruculuğuna önəmli töhfələr veriblər.

Seçicilər Ağca Sarıyeva, Valeh Əhmədov və başqaları seçkilərdə fəal iştirak edəcəklərini və YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, həmin gün Daşkəsən, Qaraqullar və Qabaqtəpə bələdiyyələri üzrə namizədlər məhəllə görüşlər keçiriblər.