Xəbərlər
Milli Məclisin deputatı Pərvin Kərimzadə seçicilərlə görüş keçirib
Milli Məclisin deputatı Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının inzibati binasında növbəti dəfə vətəndaş qəbulu keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
