Xəbərlər
“Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunmasında rolu və vətənpərvərlik tərbiyəsi”
Mayın 20-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatında “Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunmasında rolu və vətənpərvərlik tərbiyəsi” mövzusunda növbəti məşğələ keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, məşğələlərin təşkilində əsas məqsəd gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşdırılması, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin təbliği və vətənpərvərlik hisslərinin gücləndirilməsidir.
F.Hüseynova qeyd edib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi milli-mənəvi dəyərlər bu gün də Azərbaycan cəmiyyətinin inkişafında mühüm rol oynayır və həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli dövlətçilik siyasəti Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Deputat vurğulayıb ki, bu gün ölkədə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, dövlətə və milli dəyərlərə bağlılığının gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir.
O qeyd edib ki, Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan gənclərinin yüksək vətən sevgisinin və milli ruhunun bariz nümunəsidir. M.Məmmədli gənclərin milli-mənəvi dəyərlərə sadiq, sağlam düşüncəli və savadlı vətəndaşlar kimi yetişdirilməsində bu cür maarifləndirici tədbirlərin xüsusi rol oynadığını diqqətə çatdırıb.
