Xəbərlər
YAP xalqa və dövlətçiliyə layiqli xidmət edib
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Quba rayonu, Birinci Nügədi, Rustov, Talabıqışlaq, Vladimirovka, Qonaqkənd, Çiçi-Zərqava, Hacıhüseynli, Zərdabi-Barlı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Beybud Rəhimov, Əhməd Cabbarov, Aslan Ələskərov, Mahir Məmmədov, Kərim Məmmədov, İlyas Manafov, Azər Kamilov, təşviqat qrupunun üzvləri Firidun Sədrəddinov, Şahlar Əmirov, Güloğlan Zalov bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan böyük və şərəfli inkişaf yolu keçib. Qeyd olunub ki, YAP xalqa və dövlətçiliyə layiqli xidmət edib.
Çıxış edənlər seçiciləri 29 yanvar seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıblar.