YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir tariximizin yeni dövrü başlayır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qazax rayonu, Qazax bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

Görüşlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev dünyada demokratik idarəçiliyin əsas atributlarından sayılan bələdiyyələrin ölkəmizdə yaranma tarixindən, hüquqi əsaslarından məlumat verib. Təşkilatını sədri xalqın etimadını layiqincə doğruldan, qələbələr partiyası adlanan Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərinə də yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatıldığını xüsusi vurğulayıb.

Seçki qərargahının üzvləri Bəsdi Ələkbərova, Məmməd Yusifov, Fərhad Qocamanov, Ceyhunə Hüseynova, Qədir Əfəndiyev, Gülnaz Alişanova, Vaqif Nəsibov, Pəri İbrahimova, Xasay Balayev, Müqabil Məmmədov, Elxan Abdullayev, Cavanşir Rüstəm çıxışlarında Ulu Öndər Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar, natiqlər bələdiyyə institunun inkişafı istiqamətində mühüm addımlar atıldığını qeyd ediblər.

Bələdiyyə üzvlüyünə namizədlərdən Vüsal İsmayılov, Elçin Nəsibov, Aynurə Abbasova, Yeganə Göyüşlü bildiriblər ki, yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaqları halda, öz fəaliyyətlərini bu hədəflər istiqamətində quracaq və onlara göstərilən etimadı əməli işləri ilə doğruldacaqlar.

Görüşlər zamanı seçicilərdən Ramil Qurbanov, Samir Çobanov və başqaları çıxış edərək YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.