Xəbərlər
Xalqın seçimi YAP-dır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Cəlilabad rayonu Qarazəncir bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Cəlilabad rayon təşkilatının sədr müavini Rafiq Ağayev bələdiyyə üzvlüyünə namizədlər haqqında seçicilərə məlumat verib. O qeyd edib ki, qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası bu seçkilərdə də qələbə qazanacaq.
Bələdiyyə üzvlüyünə namizədlər Natiq Ağayev, Pərviz Kazımov və Firdovsi Mustafayev çıxışlarında bələdiyyə seçkilərinin YAP-ın qələbəsi ilə yekunlaşacağına əminliklərini ifadə ediblər.
Seçicilər Adil Nəzərov, Hüsaməddin Əhmədov, Miryusif Ağayev və başqaları YAP-ın fəaliyyətini dəstəklədiklərini söyləyiblər.