Xəbərlər
Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkür edib
Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Aleksandar Vuçiç bu barədə sosial media hesabındakı paylaşımda qeyd edib.
“Azərbaycandan olan qardaşlarımız və dostlarımız indicə mənə bildirdilər ki, fors-major halların yaratdığı obyektiv problemlərə baxmayaraq, Serbiyaya təbii qaz nəqli dayandırılmayacaq. Azərbaycana və Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm, onu tezliklə Belqradda qarşılamağı səbirsizliklə gözləyirəm”, - deyə Serbiya Prezidenti vurğulayıb.