Xəbərlər
Çin Xalq Respublikasının Sədri Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir: "Hörmətli cənab Prezident.
Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım.
Çin Hökuməti və xalqı adından həlak olanlara görə kədərimi ifadə edir, onların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmalarını arzulayıram".