YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Maldiv Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir: "Zati-aliləri.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu insan tələfatına və yaralanmasına səbəb olan faciəvi təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi və sarsıtdı.

Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına, o cümlədən bu hadisə nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Belə bir kədərli gündə dualarımızın xüsusilə də faciənin nəticələri ilə üzləşmiş sağ qalan insanlarla olduğunu bildirirəm".