Xəbərlər
“Qətiyyətli Lider - Suveren ölkə”

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı tərəfindən “Qətiyyətli Lider - Suveren ölkə” adlı tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyəti Hüquq şöbəsinin müdiri Faiq Mehdiyev, Kəlbəcər rayon Həmkarlar Komitəsinin sədri Əli Bağırov, ərazi partiya təşkilat sədrləri Namiq Rəcəbov, Xaliq Muxtarov, Ənvər İmaməliyev, Nicat Sadıqov, Ramil Salmanov çıxışlarında Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövrünü onun dövlətinə, xalqına və Vətəninə misilsiz xidmət dövrü kimi dəyərləndiriblər.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi yönündə aparılan siyasət nəticəsində Vətən müharibəsində şanlı Ordumuz ərazilərimizin 30 illik işğalına son qoyaraq böyük Zəfər qazandı. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu.
Sonda YAP Kəlbəcər rayon təşkilatının ərazi partiya təşkilatları fəxri diplomla təltif edilib.