YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda ideoloji təxribatlarla mübarizəyə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qazax Ədəbiyyat Muzeyində “Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün təmin olunması, suverenliyimizin bərpası uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Mərkəzi Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva, BDU-nun Qazax filialının müəllimi Yalçın Həsənov çıxış ediblər.

Çıxışlarda  Azərbaycanda gənc nəslin sağlam böyüməsi eyni zamanda, onların zehni, intellektual inkişafı üçün geniş imkanların yaradıldığı qeyd olunub. Gənclərin Vətənə məhəbbət, tarixə, mədəni irsə, milli-mənəvi dəyərlənə hörmət ruhunda tərbiyə olunmalarının vacibliyi diqqətə çatdırılıb. Natiqlər bu gün ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizədə gənclərin rolundan ətraflı bəhs ediblər.

Tədbir diskussiya şəraitində davam edib.

DİGƏR Xəbərlər Arxiv