YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açılır

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Son 21 il uğurlarla, qələbələrlə zəngin dövrdür.  “2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam” söyləyən dövlət başçısı İlham Əliyev bu reallığı da böyük qürur hissi ilə qeyd edir ki, verdiyi  bütün vədlər yerinə yetirilib. 

Verilən vədlər arasında ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi dayanırdı. Azərbaycan bu illər ərzində hər bir sahədə davamlı uğurlara imza atdı, daha da gücləndi. Güclü Azərbaycan hər zaman əsas hədəfimiz oldu. Dövlət başçısı bu reallığı da əsaslı şəkildə diqqətə çatdırır ki, əgər güclü Azərbaycan qurmasaydıq, kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq heç vaxt ərazi bütövlüyümüzü bərpa edə bilməzdik: “Uzun danışıqlar prosesi çərçivəsində dəfələrlə bizə hansısa yarımçıq təkliflər irəli sürülürdü, təklif edilirdi. Ancaq o təkliflər bizim üçün qəbuledilməz idi, mən hər dəfə deyirdim ki, Azərbaycan Bayrağı ərazimizin hər bir yerində dalğalanacaq. Hələ Bayraq Meydanının açılışında demişdim ki, bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq, bizim siyasətimiz bundan ibarət idi. Biz bütün gücümüzü səfərbər edib bu hədəfə doğru gedirdik, biz hər gün, hər saat bu müqəddəs günü yaxınlaşdırırdıq”.

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünün, qüdrətinin dünyaya təqdimatı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, rəşadətli Ordumuzun gücünün, xalqımızın birliyinin, həmrəyliyinin sayəsində tarixi Zəfərə imza atdıq. Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etdi.  300-dən çox şəhər və kənd azad olundu. O cümlədən  mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edildi. Şəhidlərimizin  və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayır, qurub-yaradırıq.

Hər günü çoxəsrlik tarixinə uğur səhifəsi kimi yazan Azərbaycanın bu gün iştirakı olmadan bölgədə hansısa iqtisadi, siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü, sözünün imzası qədər dəyərli olmasını şərtləndirən əsas amil Ümummilli Lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət və son 21 ildə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.

Ümummilli Lider Heydər Əliyev  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaqla Azərbaycanın həyatında yeni mərhələnin əsasını qoydu. Yeni Azərbaycan quruldu. 1993-cü ildən başlanan inkişaf yolu bugünkü uğurlara geniş imkanlar yaratdı. Azərbaycan Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə öz təbii sərvətlərinin əsl sahibinə çevrildi. “İqtisadiyyatı güclü  olan dövlət hər şeyə qadirdir” çağırışını edən Ümummilli Liderin müəllifi olduğu neft strategiyası davamlı uğurları şərtləndirdi. Dahi şəxsiyyət beynəlxalq əməkdaşlığa xüsusi önəm verərək bildirmişdir ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparlmadan təkbaşına iqtisadi tərqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi” Azərbaycanın bu gününə və gələcəyinə inamı artırmqla ölkəmizin yeni dostlar, tərəfdaşlar qazanmasında, tarixi Zəfərində əhəmiyyətli rol oynadı. Belə ki, iqtisadi imkanlarımızın artması bütün sahələrdə davamlı uğurları təmin etdi, siyasi mövqeyimiz möhkəmləndi.  

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 1 oktyabr 2003-cü ildə  xalqa müraciətində qeyd etdiyi axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməti və dəstəyi ilə  başa çatdırdı. Ulu Öndər həmin tarixi müraciətdə əminliklə  “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” söyləmişdir.

21 il bu inamın, etimadın doğrulduğunu nümayiş etdirir. Hansı sahəyə baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq.  Dayanıqlı inkişafın təmin olunması Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioritetidir. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanır. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Dövlətimizin başçısı ölkənin tərəqqisində iqtisadi amilin rolunu önə çəkərək iqtisadiyyatda qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləyir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etdi.

21 ilin ümumiləşdirilmiş ifadəsi budur ki, Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Suverenliyimizin bərpası ilə Azərbaycanın həyatında yeni dövr başlayıb.  Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb. Ötən dövr ərzində insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır.  Qarabağımız və Şərqi Zəngəzurumuz həyatının dirçəliş mərhələsini yaşayır. Soydaşlarımız mərhələli şəkildə dogma yurd-yuvalarına qayıdırlar. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” qarşıdakı dövrün aydın mənzərəsini təqdim edir. Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açılır.

DİGƏR Xəbərlər Arxiv