YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın etimadını doğruldan Lider

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri         

Prezident İlham Əliyevin 2003-cü ildən etibarən ölkəmizə rəhbərlik etdiyi dövr olduqca mühüm bir mərhələ kimi tarixə düşmüşdür.

Bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. İstər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir. İyirmi bir il bundan əvvəl Ulu Öndər xalqımıza səslənərək qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, onun siyasi varisi, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırdı. Azərbaycan xalqı Ulu Öndərin bu çağırışını qəbul edərək seçkilərdə öz gələcək Liderini seçdi. O Lider xalqımızın taleyüklü məsələlərinin həllində bir daha öz mövqeyini göstərdi.

Dövlətimizin başçısı fəaliyyəti dövründə Ümummilli Liderin irsini qoruyaraq, eyni zamanda, onu müasir dövrün çağırışlarına uyğun şəkildə yeniləmək bacarığını nümayiş etdirmişdir. Məhz Prezident İlham Əliyev xalqın sevgisini və dəstəyini qazanaraq, bizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Uzun illər həllini tapmamış münaqişəni 44 gün kimi qısa müddət ərzində həll etdi və bizi rəhbərlik etdiyi rəşadətli ordusu ilə bərabər qələbədən-qələbəyə apardı. Azərbaycan Ordusunun tarixi Zəfəri ilə bitən Vətən müharibəsi dövlət başçısının ordu quruculuğuna ayırdığı yüksək diqqət və qayğının nəticəsi idi.

Vətən müharibəsindən sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verdi. İlk növbədə, azad olunan ərazilərin minalardan təmizlənməsi işləri başlandı. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm sənəddir. Artıq dörd ildir ki, bu istiqamətdə ciddi maliyyə tutumuna malik çox böyük yol-kommunikasiya, enerji və infrastruktur layihələri həyata keçirilib və keçirilməkdir.

21 illik prezidentlik dövründə cənab İlham Əliyev saysız-hesabsız nailiyyətlərə imza atıb. Bu nailiyyətlər siyasi, diplomatik, iqtisadi, hərbi, sosial, mədəni, idman sahələri də daxil olmaqla, həyatın hər bir sahəsində özünü parlaq şəkildə təzahür etdirir.