Xəbərlər
Nərimanov rayonunda Ulu Öndərin anım gününə həsr edilmiş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub.
Bakı Avrasiya Universitetində təşkil olunan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Bakı Avrasiya Universitetinin rektoru Səyavuş Qasımov, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, Milli Məclisin deputatı Samir Vəliyev və Bakı Avrasiya Universitetinin kafedra müdiri Aybəniz Rüstəmova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin tarixində silinməz izlər buraxdığını, ölkənin müstəqilliyini təmin edərək Azərbaycan xalqına gələcək perspektivlər açdığını deyiblər.
Qeyd olunub ki, bu gün müstəqil Azərbaycanın qazandığı bütün uğurlar Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.