Xəbərlər
Qobustanda Heydər Əliyevin xatirəsi anılıb
Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatı “Heydər Əliyev prospekti 275” ünvanı üzrə ərazi partiya təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, ərazi partiya təşkilatının sədri Bəhmən Mehtiyev və partiya üzvü Yavər Alıyev çıxış edərək Azərbaycan tarixinin bütöv bir dövrünün Heydər Əliyevin adı ilə bağlı olduğunu deyiblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin bütün sahələrdə böyük inkişaf yolu keçdiyi qeyd olunub. Vurğulanıb ki, 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı.
Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycan isə dinamik inkişaf edən bir dövlətə çevrilib.
Sonda YAP sıralarına yeni qoşulan bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib.