YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəngərlidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş “14 İyul 1969: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,.

Tədbirdə çıxış edən YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva bildirib ki, 14 iyul 1969-cu il Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olub. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası ölkənin sosial-iqtisadi inkişafının, güclü dövlət quruculuğunun və milli həmrəyliyin əsasını təşkil edib.

Sevda Quluyeva vurğulayıb ki, bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkənin əldə etdiyi mühüm nailiyyətlər, beynəlxalq nüfuzunun artması və 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Heydər Əliyev ideyalarının təntənəsidir.

Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Nihal Vəliyev çıxışında bildirib ki, Heydər Əliyevin zəngin siyasi irsi Azərbaycan xalqı üçün mühüm inkişaf yoludur. O qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik ənənələri bu gün uğurla davam etdirilir, Azərbaycanın milli maraqları qətiyyətlə qorunur və ölkəmiz regionun güclü dövlətlərindən birinə çevrilib.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.