Xəbərlər
Milli Məclisin deputatı Mahir Süleymanlı seçicilərlə görüş keçirib
Milli Məclisin deputatı Mahir Süleymanlı Xaçmaz rayonunun Çarxı kəndində seçiciləri ilə görüş keçirib.
Görüşdə kənd sakinlərinin bir sıra məsələlərlə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri ilə əlaqədar məsələlərin bir çoxu yerindəcə həll edilib. Digər müraciətlər isə aidiyyatı qurumlara yönləndirilib.
Millət vəkili, həmçinin şəhid Mahir Məmmədovun ailəsini ziyarət edib. Şəhidin anası Timziyə Məmmədova ilə görüşdə onun vəziyyəti ilə maraqlanıb.
Şəhid ailəsi ilə görüş zamanı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğı xüsusi vurğulanıb. Timziyə Məmmədova şəhid ailələrinə göstərilən bu qayğıya görə dərin minnətdarlığını ifadə edib.