YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“44 günün Zəfəri”

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı Zəfər Günü ilə əlaqədar “44 günün Zəfəri” adlı tədbir keçirib.

Şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirak etdikləri tədbirdə əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qarşıdan gələn 8 Noyabr - Zəfər Günü və  9 Noyabr - Bayraq Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 8 noyabr tarixinin hər il Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsi qərara alınıb: “Bu şanlı Zəfəri Ali Baş Komandan İlham Əliyev, Müzəffər Ordumuzun əsgər və zabitləri, o cümlədən torpaqlarımızı canları bahasına azad edən şəhidlər və sağlamlığını itirən qazilər xalqımıza bəxş etdi. 2020-ci ilin sentyabrın 27-də başlanan və cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 30 ilə yaxın erməni əsarətində olan torpaqlarımızı azadlığına qovuşdurdu”.

G.Bayramov qeyd edib ki, noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi: “Bu Zəfər dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu. Dünya azərbaycanlıları milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Böyük Qələbəni yüksək səviyyədə qeyd edir”.

Tədbirdə iştirak edən şəhid leytenant Elvin Məmmədzadənin atası İlham Məmmədov çıxış edərək bildirib ki, biz qalib ölkənin vətəndaşlarıyıq: “Azərbaycan xalqı xoşbəxtdir ki, bu tarixi Qələbənin sevincini böyük qürur hissi ilə yaşayır. Bizə bu xoşbəxtliyi yaşadan Ali Baş Komandana və müzəffər ordumuza təşəkkür edirik. Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik”.

Daha sonra tədbir iştirakçılarından Qarabağ Müharibəsi əlili Mirzəmməd Orucov, partiya fəallarından Namiq Cəfərov, Şəmistan Yusifov, Dilarə Əsgərova çıxış ediblər. Onlar dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan şəxslərə göstərdikləri diqqət və qayğını yüksək dəyərləndiriblər.

DİGƏR Xəbərlər Arxiv