YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tovuzda 8 Noyabr - Zəfər Günü münasibətilə tədbirlər keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Tovuz rayon təşkilatının, Tovuz Dövlət Sosial İqtisad Kolleci, Tovuz Dövlət Peşə Təhsil Mərkəzi, Tovuz şəhər Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəb və Mədəniyyət şöbəsi ərazi partiya təşkilatının Düz Qırıqlı, Qovlar şəhər musiqi məktəblərində tədbirlər keçirilib.

Tədbirlərdə müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020- ci il sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən müharibəsinin şanlı Qələbə ilə sona çatdığı, hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusunun işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdiyi, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atıldığı vurğulanıb.

Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirlər şagirdlərin ifasında vətənpərvər musiqi nömrələrindən ibarət konsert proqramı ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv