YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Sənə zəfər yaraşır”

8 Noyabr - Zəfər Günü ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatı, Xocavənd rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Sənə zəfər yaraşır” adlı tədbir keçirilib.

Vətən müharibəsi qaziləri və veteranları, rayonunun fəal gənclərinin iştirakı ilə keçirilən tədbirdə Vətən müharibəsində qazanılan tarixi Qələbədən və azad edilən ərazilərdə həyatın yenidən canlanmasından söhbət açılıb. Vurğulanıb ki, 44 günlük Zəfər yürüşü zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra qısa zaman kəsiyində bu ərazilərdə də tikinti-quruculuq işləri görülərək, sakinlərin doğma yurdlarına qayıdışı təmin olunub.

DİGƏR Xəbərlər Arxiv