Xəbərlər
Azay Quliyev: Fəaliyyətimizin əsas xəttini Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması təşkil edir
«Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların yayılması məsələsi hər zaman diqqət mərkəzində olmalıdır». Bu fikri Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, münaqişəyə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dövlətlə yanaşı, vətəndaş cəmiyyəti qurumları da fəal işləməlidir. Onun sözlərinə görə, bu gün dünya dəyişib və artıq Ermənistandakı cinayətkar rejimi hamı tanıyır.
«Hazırda Azərbaycan həqiqətləri dünyaya çatdırılır və təbii ki, bu işdə Prezident İlham Əliyevin böyük xidmətləri var. Fəaliyyətimizin əsas xəttini Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması təşkil edir. Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin dünyada yayılmasında qeyri-hökumət təşkilatlarının da mühüm rolu var»- deyə, A.Quliyev qeyd edib.