YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bizim bayrağımız qürur mənbəyimizdir

Rüstəm Nağıyev,                                                                                                    

YAP Gədəbəy rayon təşkilatının sədri

Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən deyib: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”.

Hazırda üçrəngli Azərbaycan Bayrağı ölkəmizin bütün ərazilərində əzəmətlə dalğalanır. Hər bir dövlətin bayrağı onun milli kimliyinin və milli ideologiyasının ifadəsidir. Bayraq elə bir atributdur ki, özündə millətin dilini, mədəniyyətini, dini-mənəvi əxlaqını təcəssüm etdirir. Bu ali dəyərdə xalq öz tarixini yaşadır, gələcəyini müəyyənləşdirir.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Bu ali siyasi iradənin təcəssümü olan tarixi təşəbbüs kimi çox dəyərlidir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir.

Ulu Öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərarla bağlı deyib: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.

Milli bayrağın müqəddəsliyi, aliliyi, mənəvi yükü, mahiyyəti onun rənglərindəki mənəvi-ideoloji mənası ilə bağlıdır. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı rəngi müasir cəmiyyəti, demokratiyanı, yaşıl rəngi isə İslamı tərənnüm edir. Bir dövlət rəmzi olan bayraq öz simasında bu qədər mənanın harmoniyasını daşıyıb canlandırır. And yerimiz olan bayrağımızda yer alan göy rəngin türkçülüyü ifadə etməsinin həm ideoloji, həm də böyük mənəvi anlamı var. Bu rəng qədim türklərdə mövcud olan Tanrıçılıq (tək Allahlılıq) dini ilə bağlıdır. Qədim türklər Tanrıya “Göy Tanrı” deyə müraciət edirdilər. Ulu babalarımız olan türklər səmanın rəngini bildirdiyi üçün göy rəngi müqəddəs hesab edirdilər. Yüksəklərdə dalğalanan bayrağımız hər birimizə qürur, böyük iftixar, müstəqillik və azadlığın dərin hisslərini yaşadır.

Dövlətçilik rəmzi olan bayrağımız uğrunda canlarını verən, azadlıq, istiqlaliyyət, müstəqillik yolunda fədakarlıq nümayiş etdirən şəhidlərimizin şəhadəti, əməli, niyyəti bizləri birliyə, həmrəyliyə, Vətənimizin yüksəlişi uğrunda mübarizəyə səsləyir. Dahi Lider Heydər Əliyev qeyd edib: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.