Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın Baş naziri Aleksis Tsiprasa təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Baş naziri Aleksis Tsiprasa təbrik ünvanladı.
Təbrikdə deyilir: “Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz partiyanın qələbəsi və Yunanıstan Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, ikitərəfli əlaqələrimizin, dostluq və əməkdaşlığımızın möhkəmlənməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.”