YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “COP29 tərəflər konfransının Azərbaycan üçün əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə 288 nömrəli tam orta məktəbin müəllimi Kəmalə Hüseynovanın və rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyevanın Azərbaycan təbiətinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanışlıq olub. 

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu xatırladıb. Q.Əliyev bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın qəbul olunması beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə göstərilən böyük hörmət və etimadın bariz nümunəsidir. Həmçinin ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təsdiqidir. YAP rayon təşkilatının sədri qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd insanları, xüsusilə də gəncləri ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək və genişləndirməkdir.

Daha sonra “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş videoçarx nümayiş olunub.

Sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi Nahidə Əliyeva, Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şıxəliyeva, Qaradağ rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sevil Bədəlova, “Qarabağ qaziləri” İctimai Birliyinin Qaradağ filialının sədr müavini Qafqaz Əhmədov, 180 nömrəli tam orta məktəbin nümayəndəsi Eminə Nəzirli, rayon Heydər Əliyev Mərkəzinin direktor müavini Leyla Nəcəfova və başqaları çıxış edərək ölkəmizin cari ilin noyabrında COP29-a ev sahibliyi etməsi, həmçinin bərpaolunan enerjidən istifadənin genişləndirilməsi istiqamətində fəaliyyəti, müvafiq istiqamətdə məlumatlılığın artırılmasına yeni fürsətlər yaratmasının qlobal səviyyədə mühüm əhəmiyyətə malik olduğunu söyləyiblər. 

Daha sonra tədbir iştirakçıları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəbin həyətində təşkil edilmiş ağacəkmə aksiyasına qatılıblar.

DİGƏR Xəbərlər Arxiv