YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda ağacəkmə aksiyası keçirilib

Samux rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları davam etdirilir.

Növbəti ağacəkmə aksiyası Ziyadlı və Sərkar kəndlərinin ərazisində, Samux-Kür yolunun kənarında təşkil olunub. Yolun kənarına yerli iqlim şəraitinə uyğun 3 min şam, çinar və sərv ağacları əkilib. Əvvəl əkilən ağaclara aqrotexniki qulluq göstərilib və suvarılması təmin edilib.

Ağacəkmə aksiyasında YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Milli Məclisin  deputatları Mübariz Qurbanlı və Müşfiq Cəfərov, şəhid ailələri, qazilər, partiya fəalları, idarə, müəssisə və təşkilat nümayəndələri, eləcə də gənc könüllülər  iştirak ediblər.

Qeyd edək ki, son 7 gündə Samux rayonunda 12 minədək şam, çinar və sərv ağaclarının tingləri əkilib.