YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni reallıqlar mövqelərimizi daha da möhkəmləndirir

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqətdədir. İkitərəfli və beynəlxalq təşkilatlarda əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsinə xüsusi önəm verən ölkəmizin qazandığı uğurlar göz qabağındadır. Tarixi Zəfərimizdən və suverenliyimizin bərpasından sonra  Azərbaycanın beynəlxalq münasibətlərdə yeri və rolu daha da möhkəmlənib.

Prezident İlham Əliyev oktyabrın 24-də Kazan şəhərində keçirilən  XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında ölkəmizin bu uğurlarını əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.

Azərbaycanın Qoşulmama Hərəkatı, eyni zamanda üzv dövlətlər ilə əlaqələri yüksələn xətlə inkişaf edir. Ölkəmizin quruma sədrliyi dövründə gördüyü işlər, Hərəkatın bu gününə və gələcəyinə xidmət edən addımları təqdir edilir. Daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan üzv dövlətlərin dəstəyinim şahididir. Cənab İlham Əliyev quruma sədrliyimizin ilk günündən bu çağırışı etdi ki, Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrü dünyanı cənginə alan koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi, 44 günlük İkinci Qarabağ mühsribəsinin baş verdiyi və postmünaqişə dövrünə təsadüf etdi. Bütün dünya, Qoşulmama Hərəkatının üzvləri bir daha ölkəmizin ədalətin və beynəlxalq hüququn yanında olduğunun və atdığı addımları ilə təsdiqlədiyinin şahidinə çevrildi. Azərbaycan tarixi Zəfəri ilə ədaləti bərpa etdi, dünya güclərinin 30 ildə edə bilmədiyini edərək  işğala son qoydu. Yeni reallıqlar qalib ölkə kimi Azərbaycanın beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirdi.

Cənab İlham Əliyev sözügedən Sammitdə Azərbaycanın beynəlxalq nüfuzunu artıran, çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu təsdiqləyən mühüm reallıqlardan biri kimi logistika mərkəzlərindən birinə çevrilməsindən bəhs etdi. Vurğuladı ki, öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.

Dövlətimizin başçısı çıxışlarında Azərbaycanın iqtisadi tərəqqisindən danışarkən daim diqqəti yol-nəqliyyat infrastrukturuna yönəldir. Yeni dövrün yeni hədəflərini açıqlayan dövlət başçısı İlham Əliyev bu çağırışı etmişdir ki, bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik: “Bizim üstünlüyümüz ondan ibarətdir ki, biz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etmişik, həm Xəzər dənizində, həm dəmir yolu infrastrukturunda, həm avtomobil yolları, həm dəniz limanı, gəmiqayırma zavodu, hansı ki, bu gün tam gücü ilə işləyir. İlk dəfə olaraq, o zavod işə salınanda sifarişlər onu 100 faiz işlə təmin edib.” Bu məqam da qeyd edilir ki, səkkiz beynəlxalq aeroportumuz var. Doqquzuncu hava limanı Laçında inşa edilir. Beynəlxalq təcrübəyə əsaslanaraq  tranzit ölkə kimi öz imkanlarımızı təqdim edirik. Bundan həm iqtisadi, həm siyasi dividendlər qazanacağıq. Azərbaycanın rolu daha da artır.

Prezident İlham Əliyevin Sammitdə diqqət yönəltdiyi digər mühüm məsələ Azərbaycanın gələn ay COP29-a ev sahibliyi oldu. Ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi olan bu mühüm tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri işlər görülüb. Bakı iki həftə dünyanın ekoloji mərkəzinə çevriləcək.  Bu tədbir  ölkəmizin qlobal problemlərinin həllində məsuliyyətli və etibarlı tərəfdaş statusunu bir daha təsdiqləyəcək. Dövlətimizin başçısı İlham Əliyev XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında bildirdi ki, növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir.