YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB regional sabitliyin təminatında əsas faktor kimi çıxış edir

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Azərbaycan və Rusiya arasında qarşılıqlı münasibətlər ən yüksək səviyyədədir. Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır. İki dövlət gələcəyə nikbin nəzərlərlə baxır. 2022-ci ilin fevral ayında Kremldə imzalanmış strateji müttəfiqlik haqqında Saziş bu gün də lazmi effektivliklə işləyir və tərəflər onun hər bir müddəasına riayət edirlər.

Bu sənəd həm Rusiya, həm də Azərbaycan üçün olduqca həssas bir dönəmdə imzalanıb. Hazırda bu dost dövlətlərin münasibətləri dostluq, qarşılıqlı anlaşma, bir-birini dəstəkləmə və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir, həm də hər iki ölkə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir. Rusiya üçün cənub istiqamətində strateji nəqliyyat dəhlizlərindən biri Azərbaycan ərazisindən keçir və Rusiya ilə İran arasında əlaqə yaradır. Bu, yük tranziti baxımından hər üç dövlətə faydalıdır. Bu gün dövlət başçıları İlham Əliyevlə Vladimir Putin arasında dostluq münasibətləri uğurla davam etdirilir.

Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyev bildirdi ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Bu qərar həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Təbii ki, bu mühüm addım tarixi Zəfərimizin reallıqlarının təqdimatında öz sözünü deyəcək. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub, burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Hazırda nəinki Laçın, işğaldan azad edilmiş bütün ərazilərimiz bərpa-quruculuq dövrünü yaşayır.

1992-ci ildə Laçının işğal edilməsi Azərbaycan xalqının düşmən təcavüzü qarşısında müqavimətini əhəmiyyətli dərəcədə sarsıtmışdı. İşğalçı Ermənistanla Qarabağ separatçıları arasında son dərəcədə strateji əhəmiyyətli mövqeyə malik olan Laçın rayonunun itirilməsi Birinci Qarabağ müharibəsinin nəticəsinə xeyli dərəcədə təsir göstərdi. Lakin belə böyük bir itki də xalqımızı sarsıtmadı, onun qələbə əzmini qıra bilmədi. İşğal dövründə hər bir laçınlı öz doğma torpaqlarına qayıtmaq inamı ilə yaşadı və bu arzuklar gerçəkləşdi. 31 illik işğaldan sonra şanlı ordumuzun şücaəti və Prezident İlham Əliyevin mahir diplomatiyası sayəsində döyüşsüz təhvil alınan Laçın şəhəri yandırılmış və viran edilmişdi. Gecə-gündüz dayanmadan aparılan abadlıq-quruculuq işlərinin nəticəsində Laçın öz füsunkar simasını bərpa etməkdədir. Böyük Qayıdışın Proqramının növbəti mərhələsi olan Laçına qayıdış artıq başlanıb. Keçmiş məcburi köçkünlər öz doğma evlərinə qovuşmağın sevincini yaşayır.

İlk Laçın Şəhəri Gününə həsr olunmuş tədbirdə çıxış edən dövlət başçısı hər bir laçınlının bu günü böyük qürur hissi ilə yaşadığını qeyd edərək demişdi: “Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük.

DİGƏR Xəbərlər Arxiv