YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın təşəbbüsləri sülhə xidmət edir

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Dövlət başçısının mərasimdəki çıxışı, həmişə olduğu kimi, dolğun və məzmunlu idi.

Bu gün Azərbaycan dövləti müstəqil xarici siyasət yürüdür, onun güclü ordusu, dayanıqlı iqtisadiyyatı var. Ölkəmizdə xalq-iqtidar birliyi ildən-ilə daha da güclənir. Qarabağ probleminin həlli üçün 30 ilə yaxın müddətdə nə beynəlxalq təşkilatlar, nə də Qərb dövlətləri hər hansı ciddi addım atmadılar. Bəzi Qərb dairələri riyakarcasına özünü elə göstərirdi ki, guya problemin həlli üçün çalışır. Əslində isə onların məqsədi bu problemi həll etmək yox, “dondurulmuş” kimi qələmə verib yaddan çıxarmaq idi. Lakin həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev bütün beynəlxalq tribunalarda Ermənistanın işğalçılıq siyasətini ifşa edərək Qarabağın Azərbaycana aid olduğunu qeyd etmişdirlər.

Dövlət başçısı 4 oktyabr tarixində Cəbrayıl şəhərində çıxışı zamanı bir daha bu haqda danışaraq demişdir:  “Biz bütün beynəlxalq platformalarda haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir. Bu kəskin ritorika sülhü yaxınlaşdırmır, sülhü uzaqlaşdırır. Müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Yəni, bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər”.

Ermənistan bu gün bəzi Qərbi dövlətləri, xüsusən də Fransa ilə müttəfiqlik edərək regionda sabitliyi pozmağa çalışır. Ermənipərəst qüvvələrin ölkəmizə qarşı düşmənçilik siyasəti davam etdirilir, onlar Ermənistanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, erməni əhalinin təhlükəsizliyinin təminatına dəstək adı altında bu ölkəni kütləvi şəkildə silahlandırırlar. Əsas məqsəd Cənubi Qafqazdakı erməni avantürizmini gücləndirməkdir. İstəkləri Azərbaycana qarşı həmin avantürizmdən bəhrələnmək, ölkəmizi daim təzyiq altında saxlamaqla qeyri-bərabər öhdəliklər götürməyimizə nail olmaqdır. Cənab İlham Əliyevin növbəti mesajı da bu yolu tutanlaradır: “Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik”.

Yada salaq ki, dövlət başçısı ötən ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra xalqa müraciətində Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanı kimi görməklə bağlı çağırış etmiş, eyni zamanda, bölgəni daimi konfrantasiyalara çevirmək istəyən, Ermənistanı bu baxımdan alət edənlərə səslənmişdi. Cənab İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşündə də eyni məntiqi vurğulayıb”.

Göründüyü kimi, Prezident İlham Əliyev hazırda ermənipərəst qüvvələrin, dünya erməniliyinin düşdüyü durumla bağlı son dərəcə doğru təsbit müəyyənləşdirib. Dövlətimizin başçısı bununla əlaqədar məqamları da açıqlayıb və xalqa həqiqəti görmək, dərk etmək və düzgün nəticə çıxarmağın, dostu düşməndən ayırmağın vacibliyi mesajını verib: “Bizim dostumuz odur ki, bu günə sevinir. Mən bunu bir neçə gün bundan əvvəl demişəm. Bu günə məyus olan və bu günü qəbul etməyən heç vaxt bizim dostumuz ola bilməz, bunu Azərbaycan xalqı bilməlidir. Açıq demək lazımdır, yəni diplomatik dillə qoy, diplomatlar danışsın. Mən Azərbaycan xalqına həmişə həqiqətləri demişəm, bütün dövrlərdə və bu gün də həqiqət bundan ibarətdir. Ancaq biz öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq”.

Bu gün Azərbaycanın xeyli sayda müttəfiqləri var. Sülh prosesində biz yenə də görürük ki, Azərbaycan təşəbbüskarlıq edir. Qərb dövlətləri, xüsusən Fransa, ABŞ kimi dövlətlər yenə də sülh prosesini pozmağa çalışırlar. Ermənistan yenə də Cənubi Qafqaz regionunda təhlükə mənbəyi olaraq qalır. Amma onlar anlamalıdırlar ki, “Dəmir yumruq” hər zaman yerindədir.

DİGƏR Xəbərlər Arxiv