YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Biz regionun əməkdaşlıq, sülh və təhlükəsizlik mərkəzinə çevrilməsində maraqlıyıq

«Rusiya tərəfinin mövqeyi Azərbaycan tərəfinə xoşməramlı jestdir. Bununla Kreml münaqişənin tənzimlənməsində özünün hər zaman xüsusi rolunun olduğunu, digər həmsədr dövlətlərdən daha çox Rusiyanın Ermənistana təsir etmə gücünə sahib olduğunu diqqətə çatdırır». Bu fikirləri politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Sergey Lavrovun açıqlamasında buna işarə olunur ki,  Rusiya rəsmi İrəvanın mövqeyini dəyişmək üçün müəyyən addımlar ata, Ermənistanı konstruktiv mövqeyə gətirə bilər. Onun sözlərinə görə, reallıqda Rusiya qədər Ermənistana təsir edəcək, onun mövqeyini dəyişə biləcək ikinci dövlət yoxdur.

«Ermənistanda Rusiyanın həm hərbi bazası var, həm də bu ölkə iqtisadiyyatının böyük hissəsi Kremlin nəzarəti altındadır. Hərbi, siyasi və iqtisadi baxımdan Ermənistan Rusiyadan tam asılı cırtdan dövlətdir. Belə cırtdan ölkənin münaqişənin həllində müstəqil söz sahibi olması, sərbəst mövqe nümayiş etdirməsi qeyri-mümkündür. Təbii ki, Azərbaycan da bu reallıqları görür və dəyərləndirir. Rusiya ilə ölkəmiz bütün sahələrdə, o cümlədən hərbi təhlükəsizlik, hərbi texniki əməkdaşlıqda maraqlı tərəfdir. Azərbaycan-Rusiya münasibətlərinin inkişafı üçüncü tərəfin əleyhinə yönəlməyib. Eyni zamanda Azərbaycanın Qərb dövlətləri ilə əməkdaşlıq münasibətləri də başqa bir ölkələrin, o cümlədən Rusiyanın əleyhinə deyil. Biz regionun əməkdaşlıq, sülh və təhlükəsizlik mərkəzinə çevrilməsində maraqlıyıq. Buna qarşı yeganə təhdid Ermənistanın işğalçılıq siyasətidir. Ona görə də rəsmi Bakı öz tərəfdaşları ilə müzakirələrdə bir nömrəli problem kimi bu məsələni gündəmə gətirir, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyir»- deyə, politoloq qeyd edib.

DİGƏR Xəbərlər Arxiv