Xəbərlər
Slavenko Terziç: Serbiyanın Azərbaycan ilə yaxşı əlaqələri var
Serbiyanın Rusiyadakı səfiri Slavenko Terziç “Vestnik Kavkaza” xəbər saytına müsahibəsində ölkəsinin beynəlxalq əlaqələri, enerji layihələri, eləcə də Cənubi Qafqaz dövlətləri ilə münasibətlərində də toxunub.
S.Terziç deyib: “Biz Cənubi Qafqaz ölkələri, xüsusilə Azərbaycanla dostluq münasibətlərimizi daha da genişləndirməkdə maraqlıyıq. Bu ölkə ilə yaxşı əlaqələrimiz var. ATƏT-in hazırkı sədri kimi Serbiya Cənubi Qafqazda sabitliyin hökm sürməsində maraqlıdır. Hesab edirəm ki, bu bölgə mədəniyyət və sivilizasiya baxımdan olduqca maraqlı regiondur”.