YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Demokratik dəyərlərə sədaqət

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Afət Həsənovanın Suraxanı rayonu, Əmircan qəsəbəsi, Murtuza Muxtarov parkında və Tofiq Bayram küçəsində seçicilərlə görüşü keçirilib.

Görüşlərdə çıxış edən namizədin vəkili Seymur Şeydayev Yeni Azərbaycan Partiyasının seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. 

Çıxış edən deputatlığa namizəd Afət Həsənova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycanın keçdiyi böyük inkişaf yolu, ölkəmizin qarşısında duran yeni perspektivlər barədə seçicilərə məlumat verib.

Seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və layiqli namizədə səs verməyə çağıran Afət Həsənova, həmçinin bildirib ki, növbəti dəfə etimad göstərilərsə  rayonun qəsəbələrində olan məsələləri diqqətdə saxlayacaq.